Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

18.06.2026 [19:25]

Xəbərin mətni

Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır. Bakı və Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir. Şəhərin inkişafı və transformasiyası gözlə görünəcək dərəcədə dəyişib. AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.