Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb
18.06.2026 [19:33]
Xəbərin mətni
Azərbaycan müasir infrastruktur və rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb. Bu platformalar investorların bazara daha sürətli daxil olmasına və daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır. AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Daha çox birbaşa xarici investisiyadan daha yaxşı birbaşa xarici investisiyaya: Davamlı İnkişaf üçün İnvestisiyaların Təşviqi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.