Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanun layihələri ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanacaq

19.06.2026 [16:38]

Xəbərin mətni

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini parlament birinci oxunuşda təsdiqləyib. Bu məsələ parlamentin iyunun 19-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.