Mikayıl Cabbarov: Azərbaycanın İslam İnkişaf Bankı ilə tərəfdaşlığı yeni strateji mərhələyə yüksəlib
19.06.2026 [18:40]
Xəbərin mətni
İslam İnkişaf Bankı (İİB) ilə tərəfdaşlığımız yeni strateji əhəmiyyət mərhələsinə yüksəlib. Azərbaycanın İslam İnkişaf Bankındakı payı 0,1 faizdən 1 faizə qədər, yəni on dəfə artırılıb ki, bu da ölkəmizin İİB Qrupu ilə əməkdaşlığa artan marağını və sadiqliyini əks etdirir. AZƏRTAC xəbər verir ki, bunu iqtidadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.