Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mustafa Çəmənli: Xurşidbanu Natəvanın zəngin irsi gələcək nəsillərə çatdırılmalıdır

01.07.2026 [11:02]

Xəbərin mətni

Azərbaycan mədəniyyəti tarixində elə şəxsiyyətlər var ki, onların adı təkcə yaşadıqları dövrü deyil, bütöv bir xalqın mənəvi yaddaşını işıqlandırır. Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvan da məhz belə simalardandır. Şairənin zəngin poeziyası, maarifçiliyə verdiyi töhfələr, eləcə də zərif əl işləri bu gün də tədqiqatçıların və ədəbiyyatsevərlərin böyük marağına səbəb olur. Yazıçı-publisist Mustafa Çəmənli AZƏRTAC-a müsahibəsində Natəvan haqqında tərtib etdiyi kitabların tarixçəsindən, şairənin rəssamlıq və tikmə sənətinə olan marağından, Qarabağın ədəbi mühitində oynadığı roldan, eləcə də onun zəngin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində apardığı araşdırmalardan ətraflı bəhs edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI