Sədr: Hesablama Palatası dövlət satınalmalarının rəqəmsal auditinə keçidi genişləndirir
01.07.2026 [16:14]
Xəbərin mətni
Azərbaycanda dövlət satınalmaları sahəsində son illər genişmiqyaslı institusional və rəqəmsal islahatlar həyata keçirilir. Bu sözləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.