Hesablama Palatasının sədri dövlət satınalmaları üzrə ilkin təhlilin nəticələrini açıqlayıb
01.07.2026 [16:17]
Xəbərin mətni
2025-ci ildə satınalmaların say baxımından 52,4 faizi müsabiqə üsulu ilə keçirilsə də, ümumi məbləğin 54,6 faizi bir mənbədən satınalma üsulunun payına düşüb. Bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.