Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir
16.11.2026 [15:36]
Xəbərin mətni
Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edib, xarici dövlət borcunu təqribən 20 dəfə üstələyib, proqnozlaşdırılan illik ÜDM-in isə 110 faizinə bərabər olub. Bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.