Azərbaycan Dövlət İnformasiya Agentliyi

Svetlana Orlova: Azərbaycan dövlət satınalmalarının auditində beynəlxalq gündəliyə fəal töhfə verir

01.07.2026 [16:34]

Xəbərin mətni

Azərbaycanın Hesablama Palatası dövlət satınalmalarının auditinin inkişafı üzrə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Bunu Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda jurnalistlərə açıqlamasında bildirib.