Rusiyalı auditor: Dövlət satınalmalarının auditində süni intellektin tətbiqi qaçılmazdır
01.07.2026 [17:12]
Xəbərin mətni
Dövlət satınalmalarının auditində rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi artıq qaçılmaz prosesdir. Bunu Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda jurnalistlərə açıqlamasında bildirib.