Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan bir prosesdir

02.07.2026 [12:58]

Xəbərin mətni

Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli, 30 il ərzində aparılan bir prosesdir. Təbii ki, bunun əsasında Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi və bu müddət ərzində ölkə iqtisadiyyatını gücləndirməsi dayanır. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev iyulun 2-də “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.