Azərbaycan Dövlət İnformasiya Agentliyi

General-mayor: Azərbaycan Ordusu qlobal sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verib

02.07.2026 [15:33]

Xəbərin mətni

Azərbaycan ordusunun sülhməramlı əməliyyatları barədə danışanda, biz xüsusilə vurğulamalıyıq ki, uzun müddət Azərbaycan Ordusu beynəlxalq, qlobal sülhə, təhlükəsizliyə və sabitliyə öz töhfəsini verib. Bu fəaliyyət Azərbaycan Ordusunun tarixində çox önəmli bir rol oynayır. Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev iyulun 2-də “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.