Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən Müharibəsi Qəhrəmanının qızı: Yay düşərgələri fərdi inkişafımıza böyük töhfə verir

03.07.2026 [18:50]

Xəbərin mətni

“Əmanətə sədaqət” yay düşərgələrində ikinci dəfədir iştirak edirəm. Keçən il Avsriyadakı düşərgədə də olmuşdum. Bu düşərgələrin təşkili bizim həm dünyagörüşümüzün artırılmasına, həm də fərdi inkişafımıza böyük töhfə verir. Bunu AZƏRTAC-a müsahibəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı, Xəzər Universitetinin tələbəsi Nərgiz Cəfərova deyib.