Nazir müavini: Bakı Yay Enerji Məktəbində dərin biliklər əldə etmək mümkündür
06.07.2026 [13:17]
Xəbərin mətni
Yunan mifologiyasının ən təsirli hissələrindən biri titanlardan olan Prometey haqqındadır. Belə ki, Prometey tanrılardan odu oğurlayaraq insanlara bəxş edir. Buna görə də baş tanrı Zevs tərəfindən cəzalandırılır və Qafqaz dağlarında zəncirlənir. Mən inanıram ki, Prometeyin zəncirləndiyi yer məhz Qafqaz dağlarının Azərbaycan ərazisinə düşən hissəsi olub. AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.