ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 5500-dək bilet satışa çıxarılıb
07.07.2026 [17:03]
Xəbərin mətni
İyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon qoşulacaq. Biletlər bu gündən satışa verilib. Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.