Keçmiş məcburi köçkün: Bu hissi sözlə ifadə etmək mümkün deyil
08.07.2026 [10:13]
Xəbərin mətni
1992-ci ildə mənim 25 yaşım var idi. Bu gün elə həyəcanlıyam ki, insan buna inana bilmir – doğma Vətəninə qayıdır. İllərdir doğma yurdumuzdan didərgin düşmüşük. Ürəyimizdə həmişə bir niyyət, bir arzu var idi ki, evimizə qayıdanda onu həyata keçirəcəyik. Ancaq bütün arzularımız yarımçıq qaldı. 25 yaşında qoyub getdiyimiz arzuların dalınca indi, 60 yaşımızda geri qayıdırıq. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Yaşamaq lazımdır ki, onu anlayasan. Bu fikirləri Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün İsmayıl Abdullayev deyib.