Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmağın sevincini yaşayırıq

08.07.2026 [10:17]

Xəbərin mətni

Doğma yurda qayıtmağın sevincini yaşayırıq. Bunu sözlə ifadə etmək çətindir. Hamımız çox həyəcanlıyıq. Prezidentimizin canı sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Arzum odur ki, hər kəs öz yerinə, yurduna, doğma torpağına qayıtsın. Bu fikirləri Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün Zümrüd Abbasova deyib.