Şuşa sakini: 34 ildən sonra doğma yurduma qayıdıram
08.07.2026 [10:19]
Xəbərin mətni
Prezidentimiz sağ olsun, yurdumuzu geri aldı. Biz də böyük sevinclə qayıdırıq. Orada qurban kəsəcəyik, samovarımızı qaynadacağıq, şükür edəcəyik. Həmişə də Prezidentimizin yanındayıq. Sağ olsun ki, bizi doğma torpağımıza qaytardı, gözəl evlə təmin etdi. Bu fikirləri Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün Vəsilə Məmmədova deyib.