Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mina təhlükəsi olan ərazilərin çəpərlənməsi zəruri təhlükəsizlik tədbiridir

08.07.2026 [10:49]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın bərpası və Böyük Qayıdış prosesinin davamlı şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minatəmizləmə əməliyyatları ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş sahələrdə konservasiya tədbirləri də həyata keçirilir. Çəpərləmə fəaliyyəti humanitar minatəmizləmə prosesinin ayrılmaz tərkib hissəsidir və insan həyatının qorunmasına yönəlmiş müvəqqəti təhlükəsizlik tədbiridir.