Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıdan Kostanaya: Azərbaycanlı aqronomun uğur formulu

08.07.2026 [14:29]

Xəbərin mətni

Azərbaycandan Qazaxıstana 40 il əvvəl köçən aqronom Sərxan Bəkirov bu gün Kostanay vilayətinin aparıcı tərəvəz istehsalçıları sırasındadır. Şamaxıda təhsil alan mütəxəssis sovet aqronomiya məktəbinin təcrübəsini müasir Avropa texnologiyaları ilə uğurla birləşdirib. Sərxan Bəkirov AZƏRTAC-a müsahibəsində deyib ki, atası, babaları və bütün əcdadları Azərbaycandandır. Onun bir mütəxəssis kimi formalaşmasında da doğma torpağın mühüm rolu olub.