Azərbaycan Dövlət İnformasiya Agentliyi

Evald Köniq: Dünyanın tolerantlıq sahəsində Azərbaycandan öyrənəcəyi nümunələr çoxdur

10.07.2026 [10:12]

Xəbərin mətni

Bu günlərdə Türkiyədə NATO Sammiti keçirildi. Bu o deməkdir ki, indi bütün dünya diqqətini münaqişələrə və müharibələrə yönəldib. Məhz belə bir vaxtda dialoqa - mədəniyyətlərarası və dinlərarası dialoqa, eləcə də sülh təşəbbüslərinə xidmət edən addımların atılması çox təqdirəlayiqdir. Azərbaycan uzun illərdir ki, bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və hazırda oktyabrda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri görülür. Bu fikirləri VII Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar Almaniya ictimaiyyətini və media mühitini məlumatlandırmaq məqsədilə Berlində təşkil olunan tədbirin moderatoru, tanınmış jurnalist Evald Köniq deyib.