Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilə təsdiqlənib

10.07.2026 [12:58]

Xəbərin mətni

Milli Məclis Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni təsdiqləyib. “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin iyulun 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.