Zaur Fətizadə: Əməkdaşlıq Platforması qlobal səviyyədə maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ortaq iradəmizin göstəricisidir
10.07.2026 [13:43]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Bakıda keçirilən Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumu çərçivəsində TDT-yə üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə jurnalistlərə açıqlamasında deyib.