“Voice of Congo” təşkilatının nümayəndəsi: Dekolonizasiya informasiya məkanının da müstəmləkəçilikdən azad edilməsidir
11.07.2026 [15:30]
Xəbərin mətni
Dekolonizasiya düşüncə və informasiya məkanının da müstəmləkəçilik təsirlərindən azad edilməsidir. AZƏRTAC xəbər verir ki, bu fikri “Voice of Congo” təşkilatının baş nümayəndəsi Sedrik Monzia Aundu “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib. O qeyd edib ki, keçmişdə media çox vaxt müstəmləkəçi dövlətlərin yaratdığı narrativləri yayırdı. Bu gün isə jurnalistlərin əsas vəzifəsi həqiqəti yoxlamaq, xalqların səsini çatdırmaq və daha ədalətli informasiya mühiti formalaşdırmaqdır.