Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir

12.07.2026 [20:12]

Xəbərin mətni

Dünyada baş verən hadisələr fonunda IV Şuşa Qlobal Media Forumunun mövzusu son dərəcə vacibdir. Qlobal Cənubda yaşayan bir çox azlıq icmaları Bakıya səslərinin toplandığı əsas məkanlardan biri kimi baxırlar. Bu cür media forumları bizlərə digər jurnalistlərdən öyrənmək və fikirlərini açıq şəkildə ifadə etmək imkanı yaradır. Bunu IV Şuşa Qlobal Media Forumunun iştirakçısı Kanada Siqh Federasiyasının prezidenti Bual Moninder Singh deyib.