Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq
24.07.2026 [10:08]
Xəbərin mətni
1993-cü ildə işğal zamanı doğma yurdumuzdan çox ağır, faciəli şəraitdə çıxmışıq. Təsadüfən sağ qalan insanlarıq. Bu gün isə Ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində öz vətənimizə qayıdırıq. Bu fikirləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Zoya Abdullayeva deyib.