Otuz beşdən çox ölkənin dövlət başçısı qarşısında Azərbaycan tarını səsləndirən Sadiq Namazov
26.07.2026 [13:08]
Xəbərin mətni
Qazaxıstanda Azərbaycan musiqisinin və milli mədəniyyətinin təbliğinə uzun illərdir töhfə verən tarzən Sadiq Namazov bu ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir. Onun ifasında tar Azərbaycan musiqisini və zəngin mədəni irsimizi tanıdan vasitəyə çevrilib. Sadiq Namazov AZƏRTAC-a müsahibəsində sənət yolundan, Qazaxıstandakı fəaliyyətindən, Azərbaycan tarının beynəlxalq tədbirlərdə doğurduğu maraqdan və musiqinin xalqlar arasında mənəvi körpü rolundan danışıb.