Azərbaycan Dövlət İnformasiya Agentliyi

TİKA-nın Bakı koordinatoru: "Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq

30.07.2026 [16:21]

Xəbərin mətni

Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən İnkişaf Elçiləri Proqramının ilk mərhələsinə Azərbaycandan start verilib. Türkiyədə və dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərimizin ilk dayanacağı təsadüfi olaraq Azərbaycan seçilməyib. Bunun əsasında tarixi və mənəvi bağlarımız dayanır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı altında Azərbaycanı işğaldan azad etməsi qardaşlığımızın ən parlaq nümunələrindən biridir.