Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aysel Nağıyeva: “ABAD”a qoşulduqdan sonra korporativ sifarişlərin sayı artdı, müştəri çevrəm genişləndi

01.08.2026 [18:37]

Xəbərin mətni

Altı ildir ki, “Mumla Candles” brendinin təsisçisi və sahibi kimi fəaliyyət göstərən Aysel Nağıyeva iki ilə yaxındır “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə öz biznesini uğurla inkişaf etdirir. O, “ABAD” ailəsinin bir üzvü olmaqdan məmnundur. AZƏRTAC-ın müxbirləri ilə həmsöhbət olan Aysel Nağıyeva bu platformaya qoşulmasında “ABAD”çı dostlarının tövsiyələrinin böyük rol oynadığını diqqətə çatdırıb: “Dostlarım artıq bu layihəyə qoşulmuşdular. Onlar yaradılan imkanları xüsusi tərifləyərək məni də dəvət etdilər. İki ilə yaxındır ki, “ABAD”ın üzvüyəm. Bu müddət ərzində həm birgə kollaborasiyalar hazırlamışıq, həm də müxtəlif tədbirlərdə iştirak edirik”.