Gennadi Çijikov: Azərbaycanla iqtisadi əməkdaşlığımızın ümidverici gələcəyinə əminəm
04.08.2026 [10:55]
Xəbərin mətni
Azərbaycan Ukrayna üçün vacib iqtisadi tərəfdaşdır, hətta deyərdim ki, strateji tərəfdaşdır. Biz həmişə Azərbaycanın kömək etdiyini və dəstəklədiyini hiss edirik. Biz eyni şeyi Ukrayna biznesindən də görürük. Amma Ukrayna iş adamları müharibənin təsirini hiss edirlər, xüsusilə logistika sahəsində problemlərin yarandığını qəbul edirlər. Buna baxmayaraq biz strateji tərəfdaşımız olan Azərbaycanla ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərimizi davam etdiririk. Bu fikri Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov söyləyib.