Xidmət rəisi: Məqsədimiz vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, rahat və əlçatan mühit formalaşdırmaqdır – EKSKLÜZİV MÜSAHİBƏ
05.08.2026 [22:35]
Son illər qeyri-neft sektorunun payının artması, xidmətlərin rəqəmsallaşdırılması və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri bu sahədə yeni dinamika yaradıb.
Bununla yanaşı, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən tədbirlər və vergi qanunvericiliyində aparılan mütəmadi dəyişikliklər biznes subyektləri tərəfindən müxtəlif yanaşmalarla qarşılanır. Vergi inzibatçılığında hansı yeniliklər gözlənilir və sahibkarları daha çox hansı məsələlər narahat edir?
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və REAL Televiziyasının bu və digər suallarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cavablandırıb.