Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Ötən 1 il ərzində Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

08.08.2026 [13:59]

Xəbərin mətni

8 avqust 2025-ci ildə Ağ Evdə , Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannaməni imzalandı. Sülhə nail olunması üçün bir sıra Azərbaycanın şərtləri var idi ki, bunlar da Ermənistan tərəfindən qəbul edildi və sona cəmi bir şərt qalır ki, Ermənistan Konstitusiyasından Azərbaycanın ərazilərinə, legitim ərazilərinə dair iddialar çıxarılmalıdır. Məhz bu şərt yerinə yetirlərsə, yekun sülh müqaviləsi imzalana bilər. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.