Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib
10.08.2026 [16:28]
Ötən il avqustun 8-də reallaşan Vaşinqton görüşündən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib. Onun da qeyd etdiyi kimi, həmin andan etibarən iki ölkə artıq de-fakto sülh şəraitindədir. Hazırda Azərbaycan və Ermənistan arasında ticarət və nəqliyyat əlaqələrinin fəal şəkildə inkişaf etdiyini görürük. Azərbaycandan Ermənistana buğda və enerji göndərilib və bu proses davam edir. Eyni zamanda, nəqliyyat əlaqələrinin inkişafı istiqamətində həm özəl, həm də dövlət investisiyaları hesabına işlər həyata keçirilir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza səsləndirib.