Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub

20.08.2026 [17:07]

Xəbərin mətni

Xan Şuşinski Azərbaycan klassik muğam ifaçılığında elə böyük iz qoyub ki, bu gün yeni nəsil sənətkarlar onun yaradıcılığından və ifaçılıq üslubundan, xüsusilə də oxuma manevrlərindən daim bəhrələnirlər. Xan Şuşinskinin böyük şövqlə “O olmasın, bu olsun” filmində ifa etdiyi “Kürd-Şahnaz” muğamı bu gün də xanəndələr üçün əvəzolunmaz örnəkdir. Bir çox sənətkar bu muğamı onun ifa üslubuna yaxın tərzdə səsləndirməyə çalışır. Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, muğam ifaçısı Təyyar Bayramov deyib.