Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır

20.08.2026 [17:49]

Xəbərin mətni

Bu gün Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simalarından biri olan maestro Niyazinin doğum günüdür. O, Azərbaycanda fəaliyyət göstərən həm gənc, həm orta, həm də yaşlı nəsillərin həyatında və yaradıcılıq dünyasında xüsusi iz qoymuş böyük şəxsiyyətdir. Bu gün də Niyazinin yaradıcılığına müraciət edir, sənətindən bəhrələnirik. Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, tanınmış dirijor Əyyub Quliyev deyib.