Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır

20.08.2026 [18:09]

Xəbərin mətni

Niyazinin yaradıcılığı və zəngin irsi Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus, böyük və əvəzolunmaz yer tutur. Onun adı Azərbaycan musiqi tarixinin qızıl səhifələrinə yazılıb. Niyazi böyük dirijor, misilsiz və təkrarolunmaz sənətkar olmaqla yanaşı, həm də istedadlı bəstəkar idi. Bunu AZƏRTAC-a açıqlamasında Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova deyib.