Konqolu deputat: Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik
21.08.2026 [12:18]
Xəbərin mətni
Belçikanın Konqo Demokratik Respublikası, Ruanda və Burundi ərazilərində həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tarixinə səmimiyyət, cəsarət və məsuliyyətlə yanaşmaq, bu irsin müasir dövrdə yaratdığı nəticələri obyektiv qiymətləndirmək vacibdir. Bu fikirləri Konqo Demokratik Respublikası Milli Assambleyasının deputatı, “İlk öncə xalq” (“Le peuple d'abord”) partiyasının üzvü Fransis Tşibalabala Mukunayi avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.