Azərbaycan Dövlət İnformasiya Agentliyi

Catherine Stella Namakula: Reparasiya məsələsi BMT səviyyəsində institusional çərçivəyə salınmalıdır

21.08.2026 [12:19]

Xəbərin mətni

Afrika mənşəli xalqlara qarşı tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması və reparasiya məsələsinin beynəlxalq səviyyədə sistemli şəkildə həlli üçün vahid standartların müəyyənləşdirilməsi və institusional mexanizmlərin yaradılması vacibdir. Bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin İnsan Hüquqları Şurasının Afrika Mənşəli Xalqlar üzrə İşçi Qrupunun eksperti, Afrika Reparasiyalar Mərkəzinin (Africa Reparation Hub) təsisçisi, fəlsəfə doktoru Catherine Stella Namakula avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.