Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ

21.08.2026 [16:33]

Xəbərin mətni

Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından TRIPP layihəsi regionda yeni perspektivlər formalaşdırır. Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək bağlantının reallaşması ölkənin beynəlxalq nəqliyyat marşrutlarındakı mövqeyinə, sahibkarların xarici bazarlara çıxışına və regional iqtisadi əlaqələrə təsir göstərə biləcək mühüm amillərdən biri kimi qiymətləndirilir. Layihənin iqtisadi potensialı, onun Azərbaycan biznesi üçün yarada biləcəyi imkanlar və bu imkanlardan səmərəli istifadə üçün hansı şərtlərin vacib olduğu isə diqqətçəkən əsas məsələlərdəndir. Mövzu ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb.