Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi

28.08.2026 [13:28]

Xəbərin mətni

Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirində maraqlı məqamlarla yadda qalan final qarşılaşması baş tutub. Polşanın “Drukarz” komandası Azərbaycan təmsilçisi “Ulduz”u 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Polşa komandasının bu uğurunda isə azərbaycanlı baş məşqçi Fuad Bayramovun əməyi xüsusi qeyd olunmalıdır. Polşada futbolçu kimi çıxış edən Fuad Bayramov daha sonra məşqçilik fəaliyyətinə başlayıb.