Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir
30.08.2026 [18:33]
Xəbərin mətni
Qala Əncir Festivalının keçirilməsində əsas məqsəd əncirə olan böyük marağı diqqətə çatdırmaq, bu nemətin zənginliyini və ondan hazırlanan müxtəlif məhsulları geniş ictimaiyyətə tanıtmaqdır. Festivalda yalnız qala sakinləri deyil, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqları da görmək xoşdur. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Gülşən Paşayeva deyib.