Azərbaycan Dövlət İnformasiya Agentliyi

34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy

01.09.2026 [19:16]

Xəbərin mətni

Bu gün 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı qurulub. Uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir. Aişə xanım Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur.

BÖLMƏNİN DİGƏR VİDEOLARI