Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu keçirilir

02.09.2026 [11:01]

Xəbərin mətni

Bu gündən etibarən dövlət və özəl sektorda açıq innovasiyanın tətbiqi ilə bağlı proqramın icrasına başlanılır. Bu təşəbbüs ilkin mərhələdə şirkət və təşkilatlarda tətbiq olunacaq, növbəti mərhələlərdə isə onun dövlət qurumları və digər təşkilatlarda tətbiqi nəzərdə tutulur. Bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda çıxışı zamanı deyib.