Olimpiada səviyyəsində riyazi biliklər şagirdlərə gələcəyi qurmaq bacarığı aşılayır
04.09.2026 [14:38]
Xəbərin mətni
Riyaziyyat olimpiadaları şagirdlərə yalnız yüksəksəviyyəli riyazi biliklər qazandırmır, eyni zamanda, onların məntiqi və analitik düşünmə, çətin situasiyalarda düzgün qərar qəbuletmə və qarşıya çıxan problemlərin həlli yollarını müstəqil şəkildə tapmaq bacarıqlarını inkişaf etdirir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov söyləyib.