Murat Kurum: Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib
04.09.2026 [15:39]
Xəbərin mətni
Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilən COP29-da 2035-ci ilə qədər iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması istiqamətində hədəf müəyyənləşdirilib. Daha geniş çərçivədə isə ildə 1,3 trilyon dollarlıq maliyyə resursunun səfərbər edilməsi nəzərdə tutulur. Burada əsas məsələ həmin resursların investisiyaya ehtiyacı olan ölkələrə və layihələrə vaxtında çatmasıdır. Bu, çox vacibdir. Bu fikirləri COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda beynəlxalq media nümayəndələri ilə görüşündə deyib.