Məftun Əhmədov: Şagirdə hazır cavabı deyil, düşünmə metodunu öyrədirik
04.09.2026 [16:33]
Xəbərin mətni
Riyaziyyat yalnız düsturları əzbərləməkdən deyil, düşünmək, araşdırmaq və düzgün yanaşma qurmaqdan ibarətdir. Şagirdin bu fənnə marağının formalaşmasında isə müəllimin düzgün istiqamətləndirməsi, səbirli yanaşması və davamlı hazırlıq mühüm rol oynayır. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov AZƏRTAC-a müsahibəsində şagirdlərin olimpiadalara hazırlıq metodlarından, çətin məsələlərin həllinə yanaşmasından, təkrarın və sistemli çalışmanın əhəmiyyətindən, eləcə də riyaziyyata marağın necə formalaşdırılmasından danışıb.