Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim 5 oldu

04.09.2026 [17:38]

Xəbərin mətni

Riyaziyyatdan “2” alan şagird sonradan bu fənni öz peşəsinə çevirdi. Mütəxəssis hesab edir ki, uşağın riyaziyyatı sevməməsinin əsas səbəblərindən biri fənnin düzgün izah olunmamasıdır. Onun sözlərinə görə, şagirdə hazır qaydaları əzbərlətmək əvəzinə, məsələnin məntiqini anlamağı və müstəqil düşünməyi öyrətmək lazımdır. Özü də məktəb illərində riyaziyyatdan zəif olsa da, atasının köməyilə bu fənnə maraq göstərib və sonradan riyaziyyat müəllimi olmağı qərara alıb. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov AZƏRTAC-a açıqlamasında şagirdlərə riyaziyyatı sevdirməyin yollarını izah edib.