Azərbaycan Dövlət İnformasiya Agentliyi

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir

04.09.2026 [20:10]

Xəbərin mətni

Şuşanın hər daşı və qayası özündə tarix yaşadır. Lakin bəzi turistlərin bu daşların üzərinə adlarını və müxtəlif yazıları həkk etməsi həmin tarixi irsə vətəndaş münasibətilə bağlı ciddi suallar yaradır. Tarixi-mədəni irsin qorunması baxımından bu cür halların qarşısının alınması, həmçinin cəmiyyətin məsələ ilə bağlı maarifləndirilməsi vacibdir. Şuşaya səfər edən və bu halları şəxsən görən biri kimi deyə bilərəm ki, qarşılaşdığım mənzərə qəbuledilməzdir. Bunu AZƏRTAC-a açıqlamasında Şuşada Cıdır düzündə qaya daşlarının üzərinə adların yazılmasına münasibət bildirən memar Aysel Hüseynova deyib.