Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi

05.09.2026 [16:11]

Xəbərin mətni

Kamera qarşısında aktyorları, hadisələri və obrazları görürük. Amma həmin görüntünün necə yarandığını çox vaxt düşünmürük. Halbuki bir kadrın arxasında işıq, rakurs, kompozisiya və ən əsası, onu görən bir göz dayanır. Azərbaycan kinosunda bu gözü illərdir təmsil edənlərdən biri də Kənan Məmmədovdur. Azərbaycan Dövlət Film Fondunda sənətkarın 80 illik yubiley tədbiri keçirilib.