Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AzərEnerji”: “Sea Breeze” yarımstansiyası ilin sonunadək hazır olacaq

07.09.2026 [10:59]

Xəbərin mətni

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının, genişlənməkdə olan “Sea Breeze” layihəsinin, eləcə də Bakı və Abşeron yarımadasının artan enerji tələbatının qarşılanması məqsədilə “AzərEnerji” tərəfindən Pirşağı və Novxanı yaşayış məntəqələrinin sərhədində gərginliyi - 220/110/10 kilovolt, ümumi ötürmə gücü - 750 meqavolt amper olan yarımstansiya inşa edilir.